Ağırlıqqaldıranlarımız Avropa çempionatından medalsız qayıdır
12 aprel 2019 00:47 (UTC +04:00)

Ağırlıqqaldıranlarımız Avropa çempionatından medalsız qayıdır

 
Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 
 
ONA-nın məlumatına görə, turnirdə Azərbaycan millisinin heyətində körpücük üzərinə son olaraq Əliş Nəzərov çıxıb. O, 102 kq çəki dərəcəsinin B qrupunda yarışıb. Atletimiz toplam 332 kq (151+181) nəticə ilə öz qrupunda 5-ci yeri tutub. 
 
Nəzərovun yekun sıralamada tutacağı yer A qrupundakı mübarizə bitəndən sonra məlum olacaq.
Qeyd edək ki, qitə birinciliyinə 5 atletlə yollanan milli komandamız medal qazana bilməyib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar