Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadası davam edir. Apasport.az saytının məlumatına görə, bir gün əvvəl 53 kq çəki dərəcəsində 5-ci olan Yuliya Derkaçdan sonra, ağır atletika yığmamızın üzvlərindən daha biri – Kristina Yovu ötən gün yarışa qoşulub.
58 kq çəki dərəcəsində mübarizə aparan atletimiz medallara ən real namizədlərdən idi.
Belə ki, idmançımız birdən qaldırma hərəkətinə 100 kq-la başlayıb. İlk yanaşması uğurlu olan Kristina, sonrakı cəhddə 105 kq sifariş verib. Ancaq nə bu, nə də sonra yanaşdığı 106 kq-ı qaldıra bilməyib. Buna baxmayaraq, altetimiz birdən qaldırma hərəkətində 3-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində Yovu daha möhtəşəm çıxış edib. O, hər üç yanaşmanı uğurla yetirib. Ardıcıl 120, 124 və 126 kq-lıq ştanqları başı üzərinə qaldıran idmançımız, bu hərəkətdə 2-ci yeri tutub.
Toplamda 226 kq (100 kq + 126 kq) nəticə göstərən Kristina Yovu ümumi sıralamada da 2-ci yerə çıxıb.
Qeyd edək ki, XXVII Yay Universiadasında cüdoçumuz Məmmədəli Mehdiyev (81) bürünc və kəmər güləşçimiz Ülviyyə Kərimova gümüş medal qazanıb.
Ağır atletimiz gümüş qazandı
576