AFFA Xəqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı qərar çıxarıb
15 yanvar 2016 10:39 (UTC +04:00)

AFFA Xəqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı qərar çıxarıb

AFFA-nın Xüsusi Komissiyası 2015-ci ilin noyabrında Kütləvi İnformasiya Vasitələrində yayılmış video  ilə bağlı araşdırmalarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, sabiq FİFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərin yaratdığı şübhələr öz təsdiqini tapmayıb.

 

Həmin video 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində “Osiyek (Xorvatiya) - “Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Görüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, matçın yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.

 

Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmışdı. Komissiya bu məsələni araşdırmış, oyunun gedişatını, hakimlərin qərarlarını geniş təhlil etmiş, hadisənin canlı şahidlərinin fikirləri öyrənmiş və iddia olunan rüşvət faktının öz təsdiqini tapmamağı ilə bağlı qərar qəbul edib.

 

Qeyd edək ki, komissiyada AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar