AFFA klubları cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
“Qarabağ” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “Səbail” – “Neftçi” oyununda isə qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün eyni məbləği ödəməlidir.
Matç başa çatdıqdan sonra “Səbail”ın qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klubu 1600 manat cərimələnib. Futbolçuya verilmiş 3 oyun cəzasının 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaqların məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 800 manat ziyana salıb.
775