AFFA hakimlərin qiymətini qaldırdı
14 sentyabr 2013 12:53 (UTC +04:00)

AFFA hakimlərin qiymətini qaldırdı

Futbol üzrə Azərbaycan çempionatlarında hakim idarəçiliklərinin qiymətləndirmə sistemi dəyişdirilib. Bu haqda Lent. az-a Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov məlumat verib.

 

Onun sözlərinə görə, dəyişiklik FİFA və UEFA-nın təlimatları əsasında aparılıb. Cabbarov bu yaxınlarda AFFA-da keçirilmiş seminarda Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və I Divizionun oyunlarına təyinat alan 55 hakim-inspektorun yeniliklər barədə məlumatlandırıldığını açıqlayıb: “Əvvəllər 8,1-dən yuxarı qiymət alan hakimlərin işi çox yaxşı sayılırdı. Amma indi 8,3 – 8,4 bal normal qiymət sayılır. 8,5 baldan yuxarı isə çox yaxşı qiymət hesab olunacaq”.

 

Lakin Cabbarov hakimlərin işi barədə rəyin hakim-inspektorların qiymətləri əsasında formalaşdırılacağını təsdiqləməyib: “Bu məsələ AFFA Hakimlər Komitəsinin səlahiyyətindədir. Hər ikimiz ayrıca komitəyik və hərəmiz öz işimizi görürük”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar