Futbol üzrə Topaz Premyer Liqasında X turun hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk dəfə turun 5 oyunundan 4-ünü 6 hakim idarə edəcək.
Halbuki əvvəlki turlarda ən çoxu 3 oyunda bu qədər hakimin xidmətindən istifadə olunub. Görünür, AFFA Hakimlər Komitəsi II dövrədən daha çox ədalət təmsilçisinə güvənməyi qərara alıb.
19 oktyabr (şənbə)
16:00. “Neftçi” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli
Bakı, “Bakcell Arena”
17:00. “Simurq” (Zaqatala) – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
Bakı, “Bayıl Arena”
19:00. “İnter” (Bakı) – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov
Bakı, “Şəfa” stadionu
20 oktyabr (bazar)
16:00. “Sumqayıt” – “Qarabağ” (Ağdam)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydan
16:00. “Bakı” – AZAL (Bakı)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.