AFFA-nın baş katibinin izləyəcəyi hakimlər məlum oldu
26 avqust 2013 19:09 (UTC +04:00)

AFFA-nın baş katibinin izləyəcəyi hakimlər məlum oldu

 

 

Avqustun 30-da İngiltərənin “Çelsi” və Almaniyanın “Bavariya” komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda matçın hakimlər briqadası müəyyənləşib. Lent.az-ın məlumatına görə, oyunu isveçli referi Yonas Eriksson idarə edəcək.

 

Eriksson 2009-cu ildə İsveçin ən yaxşı futbol hakimi sayılıb. O, Avropa kuboklarında indiyədək 75 oyun idarə edib. 39 yaşlı baş hakimə həmyerlilərindən Matias Klasenius və Daniel Varnmark yan xətt, Ştefan Uittberq 4-cü hakim, Ştefan Yohannesson və Markus Strömberqsson isə əlavə ehtiyat hakimlər qismində yardımçı olacaqlar.

 

Qeyd edək ki, Super Kubok matçı Çexiyanın paytaxtı Praqadakı “Eden” stadionunda keçiriləcək. Görüşün UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar