Xorvatiyanın Dubrovnik şəhərində UEFA-ya üzv milli assosiasiyaların prezidentləri və baş katibləri arasında mini-futbol matçı keçirilib. Lent.az-ın məlumatına görə, oyun müvafiq toplantı çərçivəsində Avropa futbol qurumunun prezidenti Mişel Platininin təklifi ilə baş tutub.
Komandalardan birinin heyətində yalnız federasiya prezidentləri, digərində isə baş katiblər yer alıblar. Tədbirdə AFFA-nı təmsil edən baş katib Elxan Məmmədov da futbol matçında çıxış edib. O, Lent.az-a açıqlamasında bildirib ki, oyun zamanı müdafiəçi mövqeyində yer alıb. Rəqib komandada oynayanlar arasında Platini də olub.
Qeyd edək ki, qarşılaşma 5:5 hesablı heç-heçə ilə nəticələnib.