Adabayor Türkiyədəki klubunu dəyişdi
26 avqust 2019 17:00 (UTC +04:00)

Adabayor Türkiyədəki klubunu dəyişdi

0
Toqo milli komandasının futbolçusu Emmanuel Adabayor Türkiyənin “Kayserispor” klubuna keçir.
 
APA-nın məlumatına görə, təcrübəli hücumçu artıq Kayseri şəhərinə gəlib.
 
Onu bu şəhərdə gələcək komandasının azarkeşləri qarşılayıblar. E.Adebayor ilkin razılıq əldə etdiyi “Kayserispor”la bu gün  müqavilə imzalamalıdır. Bunadək tibbi müayinədən keçəcək forvard keçidi rəsmiləşəndən sonra Türkiyədə özünün ikinci klubunda çıxış edəcək.
 
Qeyd edək ki, karyerası ərzində “Real”, “Arsenal”, “Mançester Siti”, “Tottenhem” kimi klublarda oynayan  E.Adebayor 2017-19-cu illərdə Türkiyə təmsilçisi “Başakşəhər”in formasını geyinib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar