ABŞ və İran yığmaları görüşə bilər
10 oktyabr 2013 13:19 (UTC +04:00)

ABŞ və İran yığmaları görüşə bilər

 

Braziliyada 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatından əvvəl ABŞ və İran yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

 

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu təkliflə ABŞ Futbol Federasiyası çıxış edib.

 

ABŞ Futbol Federasiyasının prezidenti Nil Bet hələ bu barədə yekun razılaşmanın olmadığını, bir neçə ölkənin futbol federasiyası ilə may, yaxud iyun aylarında yoldaşlıq görüşünün keçirilməsi üçün ilkin danışıqlar aparıldığını bildirib: “Bir neçə federasiya ilə ilkin danışıqlar aparılıb, ancaq razılaşma yoxdur”.

 

İran yığmasının amerikalı qapıçı məşqçisi Den Qaspar isə deyib ki, hər iki tərəfin yoldaşlıq görüşünün keçirilməsinə real marağı var. Onun sözlərinə görə, bu barədə qərar dünya çempionatı ilə bağlı dekabrın 6-da keçiriləcək püşkatmadan sonra veriləcək.

 

Qeyd edək ki, indiyə qədər ABŞ və İran yığmaları iki dəfə görüşüb. Birinci dəfə 1998-ci Fransada keçirilən dünya çempionatında baş tutan qarşılaşmada İran yığması 2:1 hesabı ilə qalib gəlib. 2000-ci ilin yanvarında isə bu komandalar arasında keçirilən yoldaşlıq görüşü 1:1 hesabı ilə başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar