Türkiyənin “Beşiktaş” klubu ABŞ milli komandasının futbolçusu Cermeyn Consu heyətinə qatıb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı dayaq yarımmüdafiəçisi Almaniya “Şalke”sindən mövsümün sonunadək icarəyə götürülüb.
Bu müddətdə Cons “qara-qartallar”ı qane etsə, onun transfer hüququ da alınacaq və 2 illik yeni müqavilə bağlanılacaq.
Qeyd edək ki, Cermeyn Cons tibbi müayinədən keçdikdən sonra rəsmən “Beşiktaş”lı olacaq.