"Real Madrid”in yarımmüdafiəçisi Xabi Alonso İspaniya millisindəki taleyinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Tvitter" hesabında millidəki karyerasını başa vurduğunu yazıb: "Artıq millidəki karyeramı başa vururam. 11il İspaniya milli komandasının şərəfini qoruduğum üçün qürur hissi keçirirəm".
Qeyd edək ki, Xabi Alonso 2003-ci ildən İspaniya milisində çıxış edirdi.