
Simone İnzaqi “Yuventus”u çalışdırmağa razılıq verdi
İtaliyanın “Latsio” klubunun baş məşqçisi Simone İnzaqi “Yuventus”u çalışdırmağa razılıq verib.
ONA-nın bu ölkənin mətbuatına istinadən məlumatına görə, mütəxəssis Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi ilə görüşüb.
Əməkdaşlığı müzakirə edən tərəflər arasında ilkin razılıq əldə olunub. 43 yaşlı çalışdırıcı “Yuventus”un baş məşqçi postuna namizədlərin siyahısında yer alıb. Bu siyahıda Antonio Konte, Pep Qvardiola, Maurisio Poçettino, Maurisio Sarri də var.
Qeyd edək ki, “Yuventus” rəhbərliyi mövsümün sonunda Massimilano Alleqri ilə yollarını ayıracağını açıqlayıb. 2014-cü ildən turinlilərə rəhbərlik edən mütəxəssis bu müddətdə komandayla 5 dəfə ölkə çempionu olub.
Oxşar yazılar

“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11