Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinindən Lent.az-a verilən məlumata görə, komitənin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib.
O, bildiribr ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Sonra Seltik futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış oldular və məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıblar və xatirə şəkilləri çəkdiriblər