“Səbail” futbol klubu növbəti transferini rəsmiləşdirib.
APA-nın məlumatına görə, Azərbaycanı avrokubokda təmsil edəcək Bakı komandası Turan Manafovla danışıqları müsbət yekunlaşdırıb.
Azərbaycanın U-21 yığmasının üzvü olan 20 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, T. Manafovun son klubu I divizionda mübarizə aparan "Zaqatala" olub.