“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos”un iştirak ərizəsi məlum olub. Apasport.az saytının məlumatına görə, Afina klubu UEFA-ya göndərdiyi siyahıya iki yeni futbolçu əlavə edib.
Bunlar yeni transferlər - qapıçı Nikos Yannakopulos və ulduz futbolçu Maykl Essyendi. Düzdü, Essyenin sentyabra qədər futbol oynaya bilməyəcəyi və “Qəbələ” ilə hər iki qarşılaşmanı buraxacağı açıqlanmışdı. Lakin “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu həkimlərdən ulduz futbolçunun cavab görüşünə yetişdirilməsini tələb edir. Xüsusi proqram əsasında hazırlaşan Qana millisinin üzvünün cavab matçına yetişib-yetişməyəcəyi hələ bəlli deyil. Anastasiu hər ehtimala qarşı onun adını iştirak ərizəsinə əlavə etməyi məqsədəuyğun bilib.
Məşqçilər korpusu təmsilçimizlə oyunlar üçün 24 oyunçunu sifariş verib ki, onlardan 12-si əcnəbidi. Həmin əcnəbilər arasında “Mançester Yunayted”də çıxış etmiş Luk Stil, sabiq “Sevilya”lı Serxio Sançes, 3 il “Bavariya”nın formasını geyinmiş Daniel Pranyiç və Dortmund “Borussiya”sının keçmiş üzvü Mladen Petriç də var.
“Panatinaikos”un iştirak ərizəsi
Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luk Stil, 45. Nikos Yannakopulos
Müdafiəçilər: 4. Georgios Kotrumbis, 5. Kostas Triantafillopulos, 12. Nikos Marinakis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 25. Rasmus Telander, 28, Xristos Burbos
Yarımmüdafiəçilər: 2. Maykl Essyen, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç
Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə 27-də Afinada keçiriləcək.