Qış fasiləsində “Qəbələ”dən ayrılan Fakundo Pereyranın yeni klubu rəsmən bəlli olub. Apasport.az saytının Argentina mətbuatına istinadən məlumatına görə, 28 yaşlı forvard “Rasinq” klubu ilə anlaşıb.
Cari mövsümün ilk yarısını icarə əsasında “Qəbələ”də keçirən argentinalı oyunçu müqavilə ilə məxsus olduğu PAOK klubuna qayıtmayıb. Ailə problemlərinə görə, ölkəsinə köçmək istəyən futbolçu arzusuna çatıb. O, “Rasinq”lə münasibətləri artıq rəsmiləşdirib. Argentina klubu da Pereyranı icarə əsasında heyətinə cəlb edib.
Qeyd edək ki, Fakundo Pereyra bu mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 18 oyunda 5 qola imza atıb.