“Qalatasaray”ın əfsanəvi qapıçısı Farid Mondraqon intihara cəhd edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 44 yaşlı veteran futbolçu ailəsində yaranan problemlərə görə yüksək dozada anti-depresantlar qəbul edərək intihar etmək istəyib.
Kolumbiyalı qapıçı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.
Mondragon axşam saatlarında özünə gəlib. O, sosial şəbəkədə vəziyyətinin yaxşı olduğunu yazıb və ona görə narahat olan şəxslərə təşəkkürünü edib.
Qeyd edək ki, Mondragon 2001-2007-ci illərdə “Qalatasaray”ın qapısını qoruyub.