"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
16 iyul 2019 20:14 (UTC +04:00)

"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"

 
 
"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik". 
 
APA-nın məlumatına görə, bunu "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.
 
Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq. 
 
Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
 
- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?
 
- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz bərabərə nəticələnsə, penaltilər seriyasına ehtiyac olacaq. Biz buna da hazırlaşmışıq.
 
- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?
 
- Bakıya turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
 
- Futbolçularınız inamlı çıxış edib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?
 
- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur. Amma futbolda hər şey ola bilər.
 
- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?
 
- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar