Sentyabrın 28-29-u tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya Ümidləri” adlı Karate üzrə beynəlxalq turniri keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, 67 komandadan 800-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Budokan” idman klubunun idmançıları da qatılıblar.
FHN-in komandası beynəlxalq turnirdə İdman - Sağlamlıq Mərkəzinin məşqçi- müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Hüseynli Altay 10-11 yaşlı idmançılar arasında, 40 kq çəki dərəcəsində 5 döyüş, Fəttahlı Seyidəli 9 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əzizov Hüseyn 8 yaşlı idmançılar arasında, 23 kq çəki dərəcəsində 4 döyüş, Əhmədova Nərmin 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 2 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olublar. Komandanın digər üzvləri Əliyev Zamiq 7 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əliyev Əli 10 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 4 döyüş, Bayramova Məryəm 10 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 3 döyüş keçirərək gümüş medal qazanıblar. Səfərov Əli 10-11 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 4 döyüş, Salayev Arif 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 3 döyüş keçirərək bürünc medalla kifayətləniblər.