"Fənərbağça"nın futbolçusundan baş məşqçiyə <span style="color:red;">QƏTİ ETİRAZ
09 sentyabr 2014 14:24 (UTC +04:00)

"Fənərbağça"nın futbolçusundan baş məşqçiyə QƏTİ ETİRAZ

Dünya çempionatındakı uğursuz çıxışı ilə yadda qalan Nigeriya milli komandasının futbolçusu Emmanuel Emenike gözlənilməz addım atıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Nigeriya milli komandasında çıxış etməkdən imtina etdiyini deyib. Tanınmış futbolçu bu addımı atmasına səbəb, Nigeriya millisinin baş məşqçisi Stefan Keşi olub. Belə ki, baş məşqçi Konqo ilə yoldaşlıq oyununda  Emenikeni ehtiyatda saxlayaraq, hazırda klubsuz olan Uçe Nforanı meydana buraxıb. Baş məşqçinin bu addımına isə Emenikenin cavabı kəskin olub: “Keşi Nigeriya millisində baş məşqçi olduğu müddətdə mən milliyə getmərəm”.

 

Xatırladaq ki, Nigeriyanın Konqoya 2-3 hesabı ilə məğlub olduğu oyundan sonra Emenikeni baş məşqçinin üstünə yürüyərək “Cavbdeh şəxs sənsən”, deyib. Bildirilir ki, hücumçu əsəbiləşərək soyunub-geyinmə otağının qapısını da təpikləyib.

 

Qeyd edək ki, Nigeriya sabah Cənubi Afrika ilə qarşılaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Yalçın UĞUR

Oxşar yazılar