“Fənərbaxça”nın hücumçusu Fernandao Türkiyə vətəndaşlığı qəbul edir.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 28 yaşlı futbolçunun bu il iyun ayında keçiriləcək Avro 2016-da Türkiyə millisinin şərəfini qoruya bilər. Bununla bağlı Türkiyə Futbol Federasiyası artıq işlərə başlayıb. Hətta forvardın türk pasportu ilə adının da Ferhan Doğu olacağı bildirilib.
Aylar öncə jurnalistlərə açıqlama verən Fernandao Türkiyə vətəndaşı olmaq və Fatih Terimin ona şans verəcəyi təqdirdə milli komandanın şərəfini qorumaq istədiyini bildirmişdi.
Qeyd edək ki, Fernandao 2014-cü ildən Braziliya klubundan “Bursaspor”a transfer olunub. Türkiyə Super Liqasının 2014-2015-ci il mövsümündə bombardir olub. O, bu il “Fənərbaxça”ya transfer olunub.