“Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib. Lent.az-ın xəbərinə görə, “Anadolu” agentliyinə verdiyi yazılı müsahibədə Ə.Yanal “Fənərbaxça”da baş məşqçi kimi çalışmasından qürur duyduğunu söyləyib.
“Klubda çalışdığım ilk mövsümdə komandanı çempion etmiş bir baş məşqçi olaraq bugünkü şərtlər altında işimə davam etməyim mümkün deyildi” – deyə, Ə.Yanal bildirib.
Ə.Yanal baş məşqçi olduğu zaman ona dəstək olan “Fənərbaxça”-lı azarkeşlərə, klub rəhbərliyinə və mətbuata təşəkkür edib.