"Fənərbağça" futbol klubu Çin futbol liqasından super ulduzları Nani və Robin van Persiyə təkliflər gələndən sonra bu ölkə ilə bağlı plan hazırlayıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çində məşhur futbolçuların çıxış etməsi və Çin liqasının reytinqinin yüksəlməsi ilə əlaqədar İstanbul klubu hərəkətə keçib. Öz oyunçularını Çinə göndərməyən klub rəhbərliyi ilkin olaraq bu ölkədə "Fenerium" mağazalarını açmaq qərarına gəlib.
Qeyd edək ki, bu günlərdə bir sıra məşhur futbolçular, eləcə də "Qalatasaray"ın hücumçusu Burak Yılmaz Çin klubları ilə müqavilələr bağlayıb.