Saymon Kleq: “Avropa Oyunları yenilikçi yanaşmadır”
22 iyun 2015 11:08 (UTC +04:00)

Saymon Kleq: “Avropa Oyunları yenilikçi yanaşmadır”

 

 

“İyunun 21-də atletika üzrә yarışları izləmək üçün Olimpiya stadionuna 22 min tamaşaçı gәlib”.

 

APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

 

S. Kleq son iki gündә Bakıda şosse velosipedi üzrә yarışlar keçirildiyini xatırladıb: “Bütün dünyaya Bakıdan çox gözәl şәkillәr yayılıb. Dünәn ümumilikdә 48 min 811 tamaşaçı yarışları izləyib. Bu, rekord göstәricidir. Yarışlar 10 müxtәlif arenada keçirilib. Bәzi idman növlәri üzrә әlavә biletlәr açmışdıq. Tәdricәn idmançılar Bakını tәrk edir. Bu gün 304 idmançı ölkəsinə dönür”.

 

S. Kleqin sözlərinə görə, yarışlarda bu günә kimi 1100-dәn çox medal qazanılıb: “Bu gün yarışlara 40 minә yaxın tamaşaçının gәlmәsini gözlәyirik. Bakı bu gün külәkli şәhәr adını tam doğruldacaq. Güclü şimal külәyi olacaq, amma tәşkilat komitәsinə çәtinlik törәtmәyәcәk. Biz Olimpiya oyunlarını tәkrarlamaq istәmirik. Avropa Oyunları yenilikçi yanaşmadır və Olimpiya vә qeyri-olimpiya növlәrini özündә birlәşdirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar