Bakı-2015: Azərbaycan boksçusu erməni ilə üz-üzə
20 iyun 2015 06:41 (UTC +04:00)

Bakı-2015: Azərbaycan boksçusu erməni ilə üz-üzə

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək.

 

Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. Azərbaycan yığmasının 2 boksçusu bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) ardınca Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırmağa çalışacaq.

 

Boks

Kişilər

52 kq

 

Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. 23 yaşlı boksçumuz saat 14:15-də rinqə çıxacaq.

 

60 kq

WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. Onun bugünkü görüşünə maraq olduqca böyükdü. Çünki təcrübəli idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar