Topaz Premyer Liqası: <span style="color:red;">XIX tur başlayır
01 mart 2019 19:34 (UTC +04:00)

Topaz Premyer Liqası: XIX tur başlayır

Sabah Topaz Premyer Liqasında XIX turun oyunlarına start veriləcək.
 
Lent.az-ın məlumatına görə, turun ilk görüşü “Bayıl Arena”da baş tutacaq. “Səbail” “Sumqayıt”ı sınağa çəkəcək.
Meydan sahibləri mövqeyini möhkəmlətmək, “Gənclik şəhəri” təmsilçisi isə sonuncu pillədən qurtulmaq üçün qalib gəlməlidir.
 
İlk oyun günü liderin matçı ilə başa çatacaq. Son iki turda xal itirən “Neftçi” öz meydanında “Sabah”ı qəbul edəcək. “Ağ-qaralar” mövqeyini əldən verməmək üçün turu itkisiz adlamalıdır. Ötən tur “Qarabağ”ı büdrədən debütant liderdən də xal almaq niyyətindədir.
 
Zirə İdman Kompleksinin stadionundakı görüşlə ikinci oyun günü start götürəcək. Avrokuboklara iddialı olan “Qəbələ” “Zirə”nin qonağı olacaq.
Günün son qarşılaşması “ASK Arena”da gerçəkləşib. Liderliyə şərik olan “Qarabağ” səfərdə “Keşlə” ilə görüşəcək. Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan paytaxt təmsilçisi durumunu yaxşılaşdırmaq üçün son çempionu büdrətməyə borcludur. Ağdam klubu isə şərik olduğu liderliyi qorumaq üçün turu itkisiz başa vurmalıdır. 
 
Topaz Premyer Liqası
 
XIX tur
 
2 mart (şənbə)
 
“Neftçi” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov 
“Bakcell Arena”, 18:30
 
“Səbail” – “Sumqayıt”
 
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev 
“Bayıl Arena”, 16:00
 
3 mart (bazar)
 
“Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00
 
“Keşlə” – “Qarabağ”
 
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov  
“ASK Arena”, 17:30
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar