“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda İspaniyanın “Qranada” klubunu çalışdıran Toni Adams komandasının növbəti məğlubiyyətindən sonra zarafatından geri qalmayıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İngiltərə futbolunun canlı əfsanəsi “Qranada”dakı oyunçu çatışmazlığına belə münasibət bildirib:
“Hazırkı vəziyyətimizi başa düşürəm. Hücumda ciddi problemimiz var. Belə getsə, yenidən butsılarımı geyməli olacağam” (gülür).
Qeyd edək ki, Adams futbolçu karyerasını 2002-ci ildə bitirib. Hazırda 50 yaşlı mütəxəssisin sərəncamında olan futbolçulardan yalnız 9-u “Qranada”ya məxsusdur. Digər oyunçuların hamısı komandada icarə əsasında çıxış edir.