Şenol GünəşTürkiyə millisinin baş məşqçisi olmaqdan imtina edib
“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəşin Türkiyə millisinin baş məşqçisi vəzifəsinə gətirilməsi baş tutmayıb.
APA TV-nin məlumatına görə, Türkiyə Futbol Federasiyası Şenol Günəşə “Beşiktaş”la yanaşı milli komandaya da dörd oyunda rəhbərlik etməyi təklif etmişdi.
Lakin “Beşiktaş” klubu açıqlama yayaraq, həm klub prezidentinin, həm də Şenol Günəşin təkliflə razılaşmadığını bildirib. Klubun bəyanatında deyilir ki, Türkiyə Futbol Federasiyasının təklif etdiyi model nə milli komandaya, nə də Çempionlar Liqasında mübarizə aparan “Beşiktaş”a fayda verə bilər.
Türkiyə Futbol Federasiyası bu mövqeyə hörmətlə yanaşdığını açıqlayıb. KİV-in yaydığı məlumata görə, federasiya analoji təkliflə “Medipol Başakşehir” klubunun baş məşqçisi Abdulla Avcıya müraciət etməyə hazırlaşır.