DÇ-2018-də növbəti oyun günündə daha 2 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, bu matçlarla mundialda qrup mərhələsinə yekun vurulub.
G qrupunda son tur formal xarakter daşıyıb. Panama ilə Tunisin mundialdakı son oyununda Afrika təmsilçisi qalib gəlib.
1/8 finala vəsiqəni öncədən təmin edən İngiltərə və Belçika isə 1-ci yer üçün mübarizə aparıb. Matçın taleyini belçikalıların bir qolu həll edib.
DÇ-2018
28 iyun
III tur
G qrupu
İngiltərə - Belçika - 0:1
Qol: Adnan Yanuzay, 51
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, "Kalininqrad" stadionu
Panama - Tunis - 1:2
Qollar: Yassin Meriya, 33 (avtoqol) // Fəxrəddin Ben-Yussef, 51, Vaxbi Xazri, 66
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"