[b]Azərbaycanlı azarkeşləri "qara siyahı"ya saldılar[/b]
17 iyul 2016 18:06 (UTC +04:00)

[b]Azərbaycanlı azarkeşləri "qara siyahı"ya saldılar[/b]

empionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ” – "F91 Düdelanj” cütünün rəqibi olacaq "Viktoriya” Plzen klubu Azərbaycanı "qara siyahı”ya salıb.

 

Apasport.az xəbər verir ki, püşkatma mərasimindən sonra azərbaycanlı azarkeşlər Çexiya klubunun rəsmi "facebook” səhifəsinə hücum ediblər. Azarkeşlər "Viktoriya Plzen” və çexiyalı azarkeşləri ağır şəkildə təhqir ediblər. Buna görə də, "Viktoriya”  Plzen rəsmi səhifəyə Azərbaycandan girişə qadağa qoyub.

 

Xatırladaq ki, ötən il də azərbaycanlı azarkeşlər "Seltik” klubunu da təhqir etdikləri üçün "qara siyahı”ya salınmışdı. Şotlandiya klubunun rəsmi "facebook” səhifəsinə hazırda Azərbaycandan giriş qadağandır.

 

Əlavə edək ki, UEFA Avropa Liqasının rəsmi səhifəsinə də 2 il idi ki, giriş mümkün deyildi. UEFA ötən gün bu məhdudiyyəti götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

ApaSport TV

Oxşar yazılar