[b]"Beşiktaş" çətin səfər görüşündə [/b]- Avroliqa oyunları
08 mart 2017 15:39 (UTC +04:00)

[b]"Beşiktaş" çətin səfər görüşündə [/b]- Avroliqa oyunları

Sabah Avropa Liqasında 1/8 final həyəcanına start veriləcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutacaq ki, onlardan 3-ü daha tez start götürəcək.

Türkiyə çempionu “Beşiktaş” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. “Qara qartal” ötən mərhələdə Beer-Şeva “Hapoel”ini mübarizədən kənarlaşdırıb. “Olimpiakos” isə Türkiyənin digər klubu “Osmanlıspor”dan güclü olub. Bu mənada, həmvətənlərinin revanşını almaq üçün “Beşiktaş”ın əlinə yaxşı imkan düşüb.

Avropa Liqasının qalibi olmağa əsas namizədlərdən sayılan “Mançester Yunayted” səfərdə “Rostov”la qarşılaşacaq. Qrup mərhələsində ikinci yeri tutduqdan sonra 1/16 finalda “Sent-Etyen”i mübarizədən kənarlaşdırmış “mankunianlar” bu dəfə də cütün favoriti sayılırlar. Lakin “Rostov”u da hesabdan silmək olmaz. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında iştirak hüququ qazanan Rusiya təmsilçisi ötən mərhələdə “Sparta”ya gücünü göstərmişdi.  

Bu mərhələnin maraqlı oyunları sırasında “Lion” – “Roma” matçı da var. Çempionlar Liqasında qrup üçüncüsü olduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirən “Lion” ötən mərhələnin hər iki oyununda “Alkmar”ı böyük hesabla üstələyib. “Roma” isə 12 xalla E qrupunun birincisi kimi növbəti mərhələyə adlamışdı. “Canavarlar” 1/16 finalda “Vilyarreal”ı mübarizədən kənarlaşdıraraq, iddiasını ortaya qoymuşdu. Bir sözlə, azarkeşləri maraqlı və gərgin mübarizə vəd edən oyun gözləyir.

Bu mərhələdə futbolsevərlər Almaniya və Belçika duellərinin də şahidi olacaqlar. “Şalke” Mönhenqladbax “Borussiya”sını qəbul edəcəyi halda, “Gent” Belçikanın digər təmsilçisi “Genk”lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası

1/8 final mərhələsinin ilk oyunları

9 mart

22:00. APOEL (Kipr) – “Anderlext” (Belçika)

Baş hakim: Manuel de Souza (Portuqaliya)

22:00. “Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya)

Baş hakim: Artur Dias (Portuqaliya)

22:00. “Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Feliks Zvayer (Almaniya)

00:05. “Selta” (İspaniya) – “Krasnodar” (Rusiya)

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

00:05. “Gent” (Belçika) – “Genk” (Belçika)

Baş hakim: Paolo Taqliavento (İtaliya)

00:05. “Lion” (Fransa) – “Roma” (İtaliya)

Baş hakim: Antoni Teylor (İngiltərə)

00:05. “Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə)

Baş hakim: Danni Makkelie (Hollandiya)

00:05. “Şalke” (Almaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

ApaSport TV

Oxşar yazılar