<b>“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq - <span style="color:red;">SƏBƏB </b>
25 iyul 2018 13:35 (UTC +04:00)

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq - SƏBƏB

“Qarabağ”ın Çempionlar Liqasında “Kukesi” ilə Albaniyadakı bugünkü oyunu canlı yayımlanmayacaq.

 

Lent.az qol.az-a istinadən xəbər verir ki, bu ana olan məlumata əsasən, Albaniya tərəfi matçın yayımı üçün Azərbaycan kanallarından 10 min avroya qədər pul tələb edib. Amma kanallardan heç biri bu qədər pulu ödəmək gücündə olmadığını açıqlayıb.

 

Digər məlumata görə, “Qarabağ” klubunun özü də yayım üçün pul ödəmək niyyətində deyil. Klub hesab edir ki, komandanın oyununa yüzminlərlə azarkeşin marağını nəzərə alaraq yerli kanallar özü matçın yayımı üçün pul ödəməlidir.

 

Bundan başqa, texniki səbəblərə görə matçın klubun Youtube kanalı vasitəsi ilə yayımlanmaq ehtimalı da azdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar