[b]“Qarabağ” üçün 1 manat - FOTO[/b]
04 dekabr 2016 18:06 (UTC +04:00)

[b]“Qarabağ” üçün 1 manat - FOTO[/b]

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” – “Fiorentina” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, ağdamlılar üçün taleyüklü matçın biletləri sabahdan satışa çıxarılacaq.

 

Azarkeşlər biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala biləcək. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10, 20 və 50 manat arasında dəyişəcək.

 

Qeyd edək ki, Ağdam klubunun qrupdan çıxması üçün mühüm əhəmiyyət daşıyan bu oyun dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

ApaSport TV

Oxşar yazılar