[b]“Mançester Yunayted” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq[/b]
Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində iki oyun keçiriləcək. ONA-nın məlumatına görə, 1/4 finala növbəti vəsiqələr Portuqaliya və Fransada müəyyənləşəcək.
Portuda şəhərin eyniadlı komandası İtaliya “Roma”sını qəbul edəcək. Səfərdə 1:2 hesabı ilə uduzan pireneylilər bu məğlubiyyətin əvəzini çıxmaq üçün mütləq qalib gəlməlidir.
Meydan sahibləri matça itkisiz çıxacaqlar. Romalılar isə zədəli Çengiz Ündərin xidmətindən məhrumdur. Kostas Manolas və ilk görüşün qəhrəmanı Nikolo Zaniolonun meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.
Günün digər görüşü Parisdə baş tutacaq. PSJ səfərdə məğlub etdiyi İngiltərə “Mançester Yunayted”ini qəbul edəcək.
Qonaqların heyətində böyük itkilərin olması iki top fərqini aradan qaldırmaq şansını da minimuma endirir. Pol Poqba cəza, Ander Errera, Cessi Linqard, Xuan Mata, Nemanya Matiç və Antonio Valensiya zədə səbəbindən görüşü buraxacaq. Fil Cons, Entoni Marsial, Aleksis Sançesin də Parisdəki görüşdə iştirakı sual altındadır. Düzdür, PSJ də Neymarın xidmətindən məhrumdur. Lakin braziliyalı ilk görüşü də buraxıb. Edinson Kavani və Stenli Nsokinin oyuna hazır olub-olmayacağı isə sabah dəqiqləşəcək.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
6 mart
00:00. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Portu. “Draqao” stadionu
İlk oyun – 1:2
00:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Paris. “Park de Prens” stadionu
İlk oyun – 2:0
833