Futbolu üzrə İspaniya çempionatının 10-cu turu çərçivəsində Kataloniyanın «Barselona» komandası Madridin «Real» klubunu qəbul edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, görüşdə «Bbarsa» 2:1 hesabı ilə qalib gəlib. Meydan sahibələrindən 19-cu dəqiqdə Neymar, 79-cu dəqiqdə Aleksis Sançes fərqlənib. Qonaq komandadan isə ikinci hissədə Xese Rodrigers qol vurub.
Bu qələbədən sonra Kataloniya futbolçuları 28 xalla birinci yerdə möhkəmlənib. «Real» isə 22 xalla üçüncüdür. İkinci yerdə 24 xalla oktyabrın 27-də «Betis»lə qarşılaşacaq Madridin «Atletiko» komandası gəlir.