Türkiyə “Qalatasaray”ının futbol üzrə Çempionlar Liqasında İtaliya “Yuventus”una qarşı sərgilədiyi oyun klub rəhbərliyini məmnun edib. Lent.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, rəhbərlik 2:2 hesabı ilə nəticələnən matçın ardından futbolçuları mükafatlandırıb.
Səfər heç-heçəsi qarşılığında komanda üzvlərinə üst-üstə 250 min dollar mükafat paylanıb. “Sarı-qırmızılar” İtaliyadan qələbə ilə dönsəydi, mükafatın həcmi 400 min avro təşkil edəcəkdi.
Qeyd edək ki, qrup mərhələsinin Turində keçirilmiş 2-ci tur matçında “Qalatasaray” ilk yarını Didye Droqbanın qolu ilə öndə tamamlayıb. Lakin ikinci hissədə təzyiqlərini artıran “Yuventus” ardıcıl 2 qol vurub. Lakin “Cim-Bom” tezliklə Umut Bulutun dəqiq zərbəsi ilə bərabərliyi təmin edib. Beləliklə, yeni baş məşqçi Roberto Mançini ilk sınağında vətənindən xalla ayrılmağı bacarıb.