“Xəzər Lənkəran” qovduğu futbolçunu geri qaytardı
31 iyul 2013 17:43 (UTC +04:00)

“Xəzər Lənkəran” qovduğu futbolçunu geri qaytardı

 

“Adrian Pitlə söhbət etdik. Belə qərara gəldik ki, onu transferə çıxaraq. Yəni, hələ özünə klub tapana kimi bizə məxsusdur. Tapmasa, müqaviləsinin sonuna kimi əvəzedici komandada çıxış edəcək”. "Apasport.az"ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.



“Xəzər Lənkəran” rəsmisi yeni transferlərin olacağını da nəzərimizə çatdırdı: “Hazırda transfer yönündə klubda işlər gedir. 5-6 futbolçu var ki, onlarla danışıqlar gedir. Onlardan 4-nü heyətə qatmağa çalışacağıq”.



Qeyd edək ki, “Xəzər Lənkəran” Adrian Pit, Marin Orşuliç, Eder Bonfim və Toni Doblası əsas komandadan uzaqlaşdırıb. 

# 1288
avatar

Oxşar yazılar