Futbol üzrə Topaz Premyer Liqasının V turunda “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran” səfərə çıxıb. Lent.az-ın məlumatına görə, Lənkərandakı son məşqdə yeni transferlər Deyvid Sakkoni və Edu Oriol da iştirak edib.
Oyun avqustun 31-də keçiriləcək. Qarşılaşmanın ardından “Xəzər Lənkəran” Qəbələdə daha 4 gün qalıb təlim-məşq toplanışı keçirəcək.