Topaz Premyer Liqasının VIII turunda “Qarabağ”la qolsuz bərabərliklə yekunlaşan oyundan sonra “Neftçi” klubunun kapitanı Rəşad Sadiqov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə nə deyə bilərsiz?
- Rəqibin də çempionluq uğrunda mübarizə apardığını nəzərə alsaq, matçın çətin keçəcəyini bilirdik. Maraqlı oyun alındı. Fikrimcə, hər iki komanda layiq olduğu bir xalı qazandı.
- İlk yarı ilə müqayisədə ikinci hissədə zəif çıxış etdiniz. Bu, nə ilə bağlı idi?
- Birinci hissədə çox pressinq etdik. 90 dəqiqə ərzində bunu etmək mümkün deyil. İstər-istəməz yorğunluq yaranmışdı. Nəticədə oyunum nisbətə aşağı düşdü.
- Bəlkə fiziki hazırlıqla bağlı hansısa problem var?
- Elə düşünmürəm. Birinci hissədə imkanlarımız oldu. Pressinq edib, qol vura bilməyincə, üstəlik, yorğunluğu da bura əlavə etdikdə, oyunun səviyyəsi müəyyən qədər aşağı düşür.
- Ardıcıl iki oyunda 4 xal itirdiniz. Buna görə narahat deyilsiniz?
- İndi komandaların hamısı xallar itirir. Bu, normal haldır. Xal itkiləri olmasa, çempionata maraq qalmaz...
- Bu xal itkiləri hələlik “Qəbələ”nin işinə yarayır...
- “Qəbələ” “Simurq”la oyunda qələbə qazansa belə, aradakı fərq elə də böyük olmayacaq. Çünki növbəti turda qəbələlilərlə qarşılaşacağıq. Həm də istənilən oyunda xal itirmək mümkündür.

“Xal itkiləri olmasa, çempionata maraq qalmaz” - MÜSAHİBƏ
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04