“Vaxt bizim düşmənimizdir” - YENİLƏNİB
29 oktyabr 2013 17:19 (UTC +04:00)

“Vaxt bizim düşmənimizdir” - YENİLƏNİB

Oktyabrın 29-da Avropa Olimpiya Komitəsi (EOC) Müşahidə Qrupu Bakıdakı “Fairmont Hotel”də mətbuat konfransı keçirib. Lent. az-ın məlumatına görə, tədbirdə 2015-ci il Avropa Oyunları ilə bağlı yaradılmış “Bakı-2015”in yerli əməliyyat komitəsinin əldə etdiyi irəliləyişlər qiymətləndirilib.

EOC-un Koordinasiya Komitəsinin sədri Spiros Kapralos bildirib ki, ilk Avropa Oyunları üçün “Bakı-2015”in apardığı bütün planlaşdırma və hazırlıqlardan razı qalıb: “Bakı-2015 Avropa və bütövlükdə Avropa gəncləri, cəmiyyəti üçün böyük yeni infrastrukturlar və tədbirlərin keçirilməsi üçün yerlər qoyub gedəcək”.

 

Avropa Oyunları üçün nəzərdə tutulan obyektlərin isə 80 faizi 2014-cü ilin sonlarınadək hazır olacaq. Kapralosun sözlərinə görə, Olimpiya stadionu və Su Kompleksi 2015-ci ilin fevralında istifadəyə veriləcək: “Hazırda vaxt bizim düşmənimizdir. Çünki qalan vaxt ərzində təkcə obyektləri istifadəyə vermək yox, onları yoxlamadan keçirmək də lazımdır”. 

Gənclər və idman naziri Azad Rəhimov ikinci dəfə Bakıya səfər edən Koordinasiya Komissiyasını plan və irəliləyişlə tanış etməkdən məmnun qaldığını deyib. Onun sözlərinə görə, son illər Oyunlara hazırlıqla bağlı böyük irəliləyişə nail olunub. Bunu Bakıya gələn mütəxəssislər də qeyd edib: “Biz bu tempdə davam edəcək və Avropa idmanı tarixində nümunəvi Oyunlar keçirəcəyik”.

 

Rəhimov Avropa Oyunlarının işıqlandırılmasında bir neçə şirkətin maraqlı olduğunu da açıqlayıb. O, Oyunların qitənin 49 ölkəsinə yayımlanacağını vurğulayıb. Nazir Avropa Oyunları üçün tikilən obyektlərin gələcəkdə də istifadə olunacağını, Oyunların paytaxtda nəqliyyat infrastrukturunu daha da yaxşılaşdıracağını söyləyib.

 

Hökumət rəsmisi Bakıda keçiriləcək yarışın tarixin yaddaşında uğurla qalacağına inam ifadə edib: “Bakı-2015 Avropa dövlətləri və atletlərinin uzun müddət yaddaşlarından silinməyəcək ”.

 

EOC-un prezidenti və Beynəlxalq Olimpiya Komitəsi (İOC) İcraiyyə Şurasının üzvü Patrik Hikki Azərbaycan Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevaya onlara dəstək olduğu üçün minnətdarlıq edib: “Onların ilk Avropa Oyunlarına ev sahibliyi etməyi öhdələrinə götürməsi tərəddüdsüz olub, plan və prosesə cəlb olunmaları alqışlanır. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) idman yarışlarının cədvəli və keçirilmə yerlərinə münasibətdə ilk Avropa Oyunlarının planlaşdırılmasında müfəssəl detalları ilə yeni səviyyəyə çatıb”.

EOC bununla yanaşı, son illərdə 2012-ci il London Yay Olimpiya və Paralimpiya Oyunları, bir çox başqa layihə və tədbirlərdə iştirak etmiş planlaşdırıcılar və ekspertlərinin dəvət olunması ilə Təşkilat Komitəsinin peşəkarlığının artmasını da yüksək qiymətləndirib.

BAOƏK-in baş əməliyyat icraçısı Cim Şerir bildirib ki, “Bakı-2015”in açılış mərasiminədək hamı səylə çalışır: “Hər kəs coşqundur. Bakı, bütün Azərbaycan dövləti və Avropa qitəsinin qürur duya biləcəyi Oyunların keçirilməsinə diqqətlərini cəmləyiblər”.

“Bizim təcrübəli komandamız yerlərdə olmuş və planlaşdırma yüksək səviyyədədir. Son altı ay ərzində böyük həcmdə işlər görülüb. Milli Olimpiya Komitəsi, idman federasiyaları və digər əsas maraqlı şəxslərlə bizim Oyunların detallarını bölüşməyə başlamaq ən böyük prioritetdir” deyə Hikki bildirib.

Onun sözlərinə görə, Oyunları fantastik və innovativ kimi təsvir edir: “Bakı təşkilatçılarının Oyunları yerli ictimaiyyəti, idman və idman dəyərləri ilə cəmiyyəti savadlandırmağa kömək etmək üçün katalizator kimi istifadə etməsindən AOK-un məmnundur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265
avatar

Oxşar yazılar