Futbol üzrə İran çempionatında XVI turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, Təbrizin "Traktorsazi" klubu da növbəti oyununa çıxıb.
	
	Təbriz təmsilçisi doğma azarkeşləri qarşısında lider “Persepolis”lə üz-üzə gəlib. Oyuna inamlı başlayan ev sahibləri Kərim Ansarifardin birinci hissədə vurduğu yeganə qolla rəqibi məğlub edib. Bununla da meydandan 1:0 hesabı ilə qalib ayrılan təbrizlilər 29 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. 
	
	Qeyd edək ki, "Traktorsazi" növbəti turda səfərdə “Gostareş” klubunun qonağı olacaq.