“Azerinteltek” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru İsmayıl Kalefer şirkətin ticarət nişanı, Azərbaycanda ilk və qanuni mərc operatoru olan “Topaz”ın Naxçıvan Muxtar Respublikasında məntəqəsinin açılmaması məsələsinə aydınlıq gətirib. Kalefer Lent.az-a açıqlamasında bu məsələnin həllini zamanın öhdəsinə buraxıb.
O bildirib ki, “Topaz” məntəqələri əvvəlcə Bakı və ətraf rayonlarda açılıb, get-gedə əhatə dairəsini genişləndirib. “Azerinteltek” rəsmisi bu yaxınlarda Naxçıvanın müvaqif qurumları ilə də danışıqlar aparacaqlarını söyləyib: “Naxçıvan Muxtar Respublikadır. Oranın öz nazirliyi, öz qanunları var. Təbii ki, hər şey Azərbaycan qanunları ilə tənzimlənir. Amma Naxçıvanın müvafiq qurumları ilə də görüşməyimiz lazımdır. Naxçıvan rəhbərliyi istəyimizi qəbul etsə, orada da “Topaz” məntəqəsi aça bilərik”.
Qeyd edək ki, Naxçıvanda mərc oyunları operatoru “Çempion-Araz” adlanır.
Naxçıvanda niyə "Topaz yoxdur?
2051