“Sumqayıt” FK Sertan Taşqını heyətinə qatıb
13 iyun 2019 16:33 (UTC +04:00)

“Sumqayıt” FK Sertan Taşqını heyətinə qatıb

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətini daha bir futbolçu ilə gücləndirib. Bu barədə Lent.az-a "Sumqayıt" FK-dan bildirilib.
 
Məlumatda bildirilir ki, komanda son mövsümü “Keşlə”də keçirmiş Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt” FK-da 22 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). Sertan həmçinin U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834
avatar

Oxşar yazılar