“Sevilya”nın müdafiəçisi “Atalanta”ya keçdi
“Sevilya”nın müdafiəçisi Simon Kyaer İspaniya klubunu tərk edib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Danimarka millisinin futbolçusu sentyabrın 2-də icarə əsasında “Atalanta”ya keçib. Beləliklə, oyunçu italiyalıların heyətində qarşılıqlı razılaşma əsasında klubla müqaviləsini pozan Martin Şkrteli əvəzləyəcək.
39 yaşlı Kyaer ötən mövsüm “Sevilya”da 37 oyunda meydana çıxıb və rəqib qapısından bir qol belə keçirə bilməyib.
711