“Sabah” klubunun baş məşqçisi istefa verdi
Azərbaycan Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.
APA-nın məlumatına görə, "Sabah" Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib.
Əsas komandamızın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.
1063