Hindistanda futbol azarkeşlərinin mübahisəsi ölümlə nəticələnib.
Apasport.az saytının “hindustantimes.com”a istinadən məlumatına görə, Nigeriya vətəndaşı olan iki fanat birlikdə yaşadıqları Hindistanın Mumbay şəhərində ad günü məclisində mübahisə ediblər.
Söhbətin predmeti isə iki super ulduzun – portuqaliyalı Kristiano Ronaldo ilə argentinalı Lionel Messidən hansının daha yaxşı futbolçu olması olub.
Dostların mübahisəsi isə yekunda onlardan birinin qətli ilə yekunlaşıb.