“Roma” Ceko üçün 23 milyon təklif edir
02 avqust 2015 18:25 (UTC +04:00)

“Roma” Ceko üçün 23 milyon təklif edir

0

“Mançester Siti”nin hücumçusu Edin Ceko klubdan ayrılmağa yaxındı. Apasport.az saytının məlumatına görə, bosniyalı futbolçu “Roma”ya keçmək üzrədi.

 

Futbolçu “canavarlar”la şəxsi müqavilənin detallarını razılaşdırsa da, “Mançester Siti” ilə “Roma” arasındakı xırda detallar hələ ki keçidin rəsmiləşməsini ləngidir.

 

Belə ki, “şəhərlilər” futbolçu üçün 24 milyon avro tələb edir. İtaliyalılar isə 18 milyon nağd və üstəlik 5 milyon bonuslarla birlikdə 23 milyon təklif edir.

 

Bosniyalı hücumçu “Roma”ya keçmək üçün hətta illik qazancında endirimə də getməyə hazırdı.

 

29 yaşlı futbolçu İngiltərədə illik 5.5 milyon avro qazanacağı halda Romada bu məbləğ 4.5 milyona bərabər olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar