“Real Madrid”dən Ronalduya tarixi təklif
14 sentyabr 2013 17:34 (UTC +04:00)

“Real Madrid”dən Ronalduya tarixi təklif

İspaniyanın “Real Madrid” klubu futbolçusu Kriştianu Ronalduya 2018-ci ilədək yeni müqavilə təklif edib. Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, təklifi qəbul edəcəyi halda portuqaliyalı yarımmüdafiəçi dünyanın ən ödənişli oyunçusuna çevriləcək.

“Kral klubu” Ronalduya vergilər çıxıldıqdan sonra 15 milyon avro, habelə, müxtəlif bonuslar ödəməyə hazırdır. Üstəlik, yeni 5 illik müqavilənin cəm dəyəri 155 milyon avrodur ki, bu da futbol tarixində ən bahalı anlaşma sayılır.

Qeyd edək ki, ən yüksək illik əmək haqqını Rusiya “Anji”sində çıxış etdiyi vaxt Samüel Eto O alıb. Kamerunlu hücumçu ildə 20 milyon avro qazanıb. Lakin onun anlaşmasının cəm dəyəri elə də yüksək olmayıb. “Real Madrid”in yeni transferi Qaret Beyl ildə 10 milyon avro, “Barselona”nın lideri Lionel Messi isə 13 milyon avro qazanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339
avatar

Oxşar yazılar