Hazırda dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açan Real Madrid Fondu noyabrın 4-də Gənclər və idman Nazirliyi ilə birgə “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqram çərçivəsində “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimini keçirəcək. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
29 aprel 2013-cü il tarixində Madriddə yerləşən “Santiaqo Bernabeu” gənclər və idman nazirliyi və “Realmadrid” Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq, “Vətən”nin yaradılması haqqında razılığa gəlinib.
Məktəbin rəsmi açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Real Madrid Fondunun vitse-prezidenti Enrike Sançes, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.
2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.